Uşağını qayğı mərkəzinə aparan ana onu sonuncu dəfə görəcəyini ağlına gətirməzdi

Valideyn olmaq çətin bir işdir. Bu yalnız uşağa daimi qayğı göstərmək, onunla oynamaq, tərbiyyə etmək və ona dünyanı göstərmək demək deyil. Valideyn olmaq ilk növbədə başqa bir insanın həyatına cavabdehliyi öz üzərinə götürməkdir. Təəssüf ki, yaşadığımız bu amansız dünyada təhlükələr hər addımda bu balaca varlıqları da izləyir. Əksər valideynlər ən elementar əşyaların uşaq üçün nə qədər təhlükəli ola biləcəyindən xəbərsizdirlər. Bu gün sizi tanış edəcəyimiz hadisə əfsus ki, dediklərimizin faciəli sonluqla bitməsini göstərən bariz nümunədir.

Adi günlərin birində Oklahoma ştatından olan gənc valideynlər Derek və Əli Dodd öz oğulları Şepardı uşaq qayğı mərkəzinə gətirirlər. Onlar təsəvvür etməzdilər ki, öz körpələrini həmin gün sonuncu dəfə görürlər.
Uşağını qayğı mərkəzinə aparan ana onu sonuncu dəfə görəcəyini ağlına gətirməzdiMərkəzin əməkdaşlarından biri ölümlə nəticələnən səhvə yol verir: uşağı çarpayıda yatızdırmaq əvəzinə onun avtokresloda mürgüləməsinə imkan verir. İki saatdan sonra qayıtdıqda uşağın tamamilə göyərdiyini görürür. Dərhal təcili yardım gəlsə də artıq gec olur. Balaca Şepard dünyasını dəyişir...
Uşağını qayğı mərkəzinə aparan ana onu sonuncu dəfə görəcəyini ağlına gətirməzdiƏn dəhşətlisi də odur ki, əksər valideynlər adi uşaq avtokresloların uşaqlar üçün nə qədər təhlükəli olduğunu təsəvvür etmirlər. Məsələ burasındadır ki, əgər uşağı ona düzgün olmayan qaydada bərkitsəniz, pozisiyalı boğulma baş verə bilər. Başqa sözlə, bu boğulmanın elə növüdür ki, hipoksiya qabırğaarası əzələlərin və diafraqmanın hərəkət məhdudiyyətinin nəticəsində yaranır. Təəssüf ki, Dodd ailəsi üçün bu geridönüşü olmayan faciləli dərslə sona catıb.
Uşağını qayğı mərkəzinə aparan ana onu sonuncu dəfə görəcəyini ağlına gətirməzdiTəhlükəsizlik qaydalarına əməl etməyən valideynlər həmişəlik olaraq övladları ilə vidalaşmalı olublar. İndi onlar ömürlərinin sonuna kimi bu ağrı ilə yaşamağa məhkumdurlar.

Ən kədərlisi də odur ki,Oklahama ştatının Xüsusi xidmətlər depertamenti bu faciədə balaca Şepardın avtokresloda yatmasına valideynlərinin icazə verdiyini əsas gətirərək onları günahlandırıb. Hadisə ilə bağlı açılmış cinayət işində isə mərkəzin əməkdaşlarının faciədən bir neçə gün əvvəl işə götürüldüyü və kifayət qədər təcrübəyə malik olmadıqları qey olunub. Yeri gəlmişkən, bu mərkəz baş vermiş faciyəyə baxmayaraq fəaliyyətinə davam edib, yalnız faciədən 4 ay sonra həmin mərkəz məlum səbəbdən bağlanıb.
Uşağını qayğı mərkəzinə aparan ana onu sonuncu dəfə görəcəyini ağlına gətirməzdiYeni doğulan körpələrin kürək əzələləri və boynu zəif inkişaf etdiyindən, ilk aylarda onları başlarından tuturaraq saxlayırıq. Əgər avtokresloların kəməri düzgün qaydada bağlanmayıbsa, bu uşağın nəfəs yollarını örtərək, yavaş-yavaş boğulmağa gətirib çıxarır.

Hazırda Derek və Əli xeyirxah işlə məşğul olurlar: onlar Oklahoma ştatında pozisiyalı boğulma haqqında mühazirələrlə çıxış edirlər. Bununla onlar valideynlərə uşaqlarının həyatlarını qorumaq üçün təhlükəsizlik qaydalarına əməl etməli olduqlarını xatırladırlar.

Uşağını qayğı mərkəzinə aparan ana onu sonuncu dəfə görəcəyini ağlına gətirməzdi


f Paylaş10 noyabr 2015 , Baxılıb: 1259


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti