Vəfat edən şəxsin yanında yalnız həyat yoldaşı dəfn edilə bilər - AZƏRBAYCANDA ŞOK QANUN

Vəfat edən şəxsin yanında yalnız həyat yoldaşı dəfn edilə bilər - AZƏRBAYCANDA ŞOK QANUN"Milli Məclis gələn il "Məzarlıqlar haqqında" qanun layihəsinə baxacaq".

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qanun layihəsində yeni salınacaq məzarlıqlarda məzar və sinə daşlarının ölçüləri, məzarlar arasındakı məsafə, məzarlıqlarla yaşayış məntəqələri arasındakı məsafə, kimsəsiz insanların dəfn məsələsi yer alıb: "Bəzən kimlərsə qəbiristanlıqda əlavə yer götürür. İnsan vəfat etmədən məzarlıq yaradırlar. Gələcəkdə buna yol verilməyəcək. Məzarlıqlar haqda yeni qaydalara uyğun olaraq, şəxs vəfat edibsə, o vəfat etdikdə yalnız onun özünün vəsiyyətinə uyğun olaraq, onun yanında kişidirsə, xanımı, xanımdırsa, həyat yoldaşı dəfn oluna bilər. Başqa heç bir halda əlavə yer götürülməsinə icazə verilməyəcək ".

O qeyd edib ki, yeni qaydalara əsasən, məzarlıqlar yenə bələdiyyələrin sərəncamında olacaq.


f Paylaş28 dekabr 2016 , Baxılıb: 275


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti