Yan gəliş olan hamiləliklər

Yan gəliş olan hamiləliklər
KÖRPƏNİN YAN GƏLİŞİ...
Bu vəziyyət normal doğum kanalına başı ilə girən körpənin anormal olaraq ombası və ya qıçlarıyla girməsidir. Yəni normalda ana qarınında körpənin başı aşağıda olması lazım olarkən yanı aşağıdadırsa buna yan gəliş deyilir. Hamiləliyin ilk aylarında və orta aylarında tərs dayandığı görülən körpələr əksəriyyətlə son aya qədər dönür və düz mövqeyə gəlir. Yan gəliş, doğum zamanı yaxınlaşmış hamilələrin% 3-4 `ündə müşahidə edilir.

Səbəbləri:
Körpənin ana bətnində özbaşına dönüşünə maneə törədən və ya çox asanlaşdıran səbəblər varsa yan gəliş riski artar. Bunlar erkən doğuş hərəkəti (yarımçıq doğuş), amnion mayesinin azlığı (kisə içi mayenin azlığı), körpəyə aid anadangəlmə xəstəliklər çoxlu hamiləlik (əkiz, üçəm), uşaqlıq anomaliyaları ...

Yan gəlişinin omba və ayaq vəziyyətinə görə 3 tipi vardır: Saf yan = ən çox görülən tipdir, tam yan, ayaq gəlişi.

Yan gəliş olan hamiləliklər müxtəlif meyarlara görə normal yada vajinal yoldan doğurdula bilməkdədir. Hər zaman aşağıdakı meyarlar kafi olmaya bilər.Hər doğuşda olduğu kimi ananın müayinəsi və ultrasəs qiymətləndirməsi qərarı təyin edər. İndiki vaxtda makat gəliş müəyyən olunan körpələr əksəriyyətlə keysəriyyə yolu ilə doğudulmaqdadır, bəzən risk aşkar edilmədikdə xüsusilə daha əvvəl doğum etmiş qadınlarda normal doğuş etdirilməkdədir.

Normal (vaginal) doğuş bu vəziyyətlərdə tövsiyə olunur: Saf yan tipində, hamiləlik yaşı 34 həftədan yuxarı olanlar, körpə canlı isə, təxmini doğum çəkisi 2000-3500qr arasındadırsa, körpəyə aid anadangəlmə xəstəlik yoxdursa, doğuş hərəkəti irəliləmişdirsə, ananın çanağı dar deyilsə .

Keysəriyyə bu vəziyyətlərdə məsləhətdir: Tam yan gəlişində, erkən doğuş, təxmini doğuş çəkisi 3500qr dan yuxarıdırsa.


f Paylaş16 oktyabr 2014 , Baxılıb: 755


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti