Yanan xəyallar - VİDEO

Yanan xəyallar - VİDEOSəhər ümidlərlə oyanmışdım,
Günə arzularla başlamışdım.
Sən demə, qara buludlar izləyirmiş bizi,
Yağarkən silinəcəkmiş ömür izlərimiz.

Yandım, elə yandım, yardıma gərəyim var,
Ömrüm bitir gözümün önündə, alovların içində.
Bəs eləmir harayım,
Eşidilmir fəryadım.

Ruhum bədənimdən ayrılsa da,
Həyat sevgisi hələ içimdə.
Sən demə, bu qədərmiş alnımın yazısı,
Sən demə, bitəcəkmiş arzularımın davamı.

Yandım, elə yandım, yardıma gərəyim var,
Ömrüm bitir gözümün önündə, alovların içində.
Bəs eləmir harayım,
Eşidilmir fəryadım...

Nİgar


f Paylaş21 may 2015 , Baxılıb: 1000


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti