Eyni qəlbli olduğunuzu göstərən 10 əlamət

Eyni qəlbli olduğunuzu göstərən 10 əlamət1.Əgər münasibətləriniz hansısa etapda bitibsə də, buna baxmayaraq, bu münasibət həyatınızda ciddi dəyişikliklər edib və çox güclü şəkildə sizi dəyişdirib. Məhz bu adam sizin həyatınızda yeni səhifə açıb. Xoşagəlməz sonluğa baxmayaraq, sizin həmin adama təşəkkür etmək üçün səbəbləriniz var.

2. Musiqi və ədəbiyyatda zövqləriniz eynidir. Duyğularınızı da oxşar qaydada ifadə edirsiniz. Eyni fikirləşir, hər işi eyni şəkildə edə bilirsiniz.

3. Gələcəyiniz sizdə heç bir şübhə oyatmır. Bu insanla birlikdə olub olmamaq kimi düşüncələr ağlınıza gəldikdə ekzistensional böhran yaranmır. Siz taleyin işarələrini axtarmırsız.

4. Nəyi isə birlikdə yaradırsız. Bu, dostlarınız üçün gecə, birgə proyekt və hətta işin özü də ola bilər. Sadəcə bir yerdə olmaq, birlikdə nə isə yaratmaq xoşunuza gəlir.

5. Münasibətlərinizin ən güclü tətrəfləri – sizin necə ünsiyyət qurmanızdır. Hiss edirsiniz ki, bir-birinizlə istədiyiniz mövzuda danışa bilərsiniz. Elə də edin. Bu o demək deyil ki, aranızda konfliktlər olmayacaq. Amma siz həmişə özünüzü rahat hiss edirsiniz və sirlərinizi bir-birinizlə bölüşmək istəyirsiniz.

6. Münasibətləriniz ikl baxışda yaranıb. Həmin dəqiqə başa düşürsünüz ki, siz bu adamı anlayırsız, sanki bir-birinizi yüz ildi tanıyırsınız.

7. Hər şey gözlənilmədən baş verib. Siz münasibət qurmaq dalınca düşməmisiniz. Daha doğrusu, sizin münasibətiniz kimisə tapmaq arzusundan yaranmayıb. Münasibətləriniz daxildən gələn hisslərinizdən qaynaqlanıb.

8. Siz ona ailə üzvləriniz kimi yanaşırsınız. Onunla özünüzü rahat hiss edirsiniz. Siz ona sədaqətlisiniz. O da sizin valideynləriniz, bacı və qardaşlarınız kimi başqaları üçün toxunulmazdır.

9. Bacardıqlarınızdan daha artığını etmək istəyirsiniz. Münasibətləriniz sizi ruhlandırır, dünyaya olan baxışınızı dəyişir.

10. O sizin bütün yaxşı və pis cəhətlərinizi üzə çıxarır, qəlbinizin güzgüsünə çevrilir, sizi olduğunuz kimi göstərir. Bunu anlamaq çətindir, amma bu ən gözəl hissdir. Buna görə də səmimi və sevimli olun.


f Paylaş23 noyabr 2015 , Baxılıb: 599


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti