Yaxşı valideyn olmaq üçün nə etməli

Yaxşı valideyn olmaq üçün nə etməliYaxşı valideyn olmaq üçün hər şeydən əvvəl uşağını sevmək lazımdır. Amma uşaqlara sevginini göstərməklə iş bitmir. Onlarla davranmaq üçün həm müdiklik, ağıl və bacarıq tələb olunur.
Tərbiyyə - bu həmişə uşalar "istəyirəm" dedikdə, valideynlərin "olmaz" demələri ilə davam edən kompromis variantdır. İdeal valideyn yoxdur.
Bütün valideynlər səhv edə bilirlər. Xoşbəxtlikdən, uşaq psixologiyası haqda biliklər onlara daha az səhv etməyə kömək edir. Uşaq psixologiyası haqda çox sayda kitablar var ki, onlarda uşağı tərbiyyə etmək üçün faydalı məsləhətlər, uşaqlarla ünsiyyət, asudə vaxt, oyunlar və s. haqda məlumatlar əldə etmək mümkündür.

Yaxşı valideyn olmağın qaydaları:

1. Səbrli olun

Yaxşı valideyn olmaq üçün övladınıza qarşı səbrli olun. Övladınız nəyisə başa düşməyəndə, nəyisə səhv edəndə və yaxud ona nəyisə qadağan edəndə və s. mütləq səbrli olmalısınız.

2. Öz fantaziyalarınızı işə salın

Uşağın tərbiyyəsində heç də az yaradıcılıq tələb olunmur. Münaqişələrin həllində, uşağı inandırmaqda və s. öz fantaziyalarınızdan istifadə edin.

3. Narahatlıqlara yumor hissi ilə yanaşın

Uşaqlar özlərini ideal aparmaya bilər. Demək olar ki, bütün uşaqlar əllərini düşəni cırır, kəsir, sındırır, və ya əlinə düşəni rəngləyir. Bu qaçılmazdır və buna yumor hissi ilə yanaşın.

4. Sakitliyinizi qoruyun

Psixoloqlar deyirlər ki, sakit valideynləri olan uşaqlar xoşbəxtdirlər. Boş şeylərə görə əsəbləşməyin, stresli hallar yaratmayın.

5. Uşağın şəxsiyyətinə hörmət edin.

Uşaqların tələbatı və arzuları heç də həmişə valideyinlərinə ağılabatan təsir bağışlamır. Ancaq uşaqların dünyaya öz baxışları var və buna onların haqqı var. Buna görə də onlara hörmət etmək lazımdır.


f Paylaş3 mart 2015 , Baxılıb: 737


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti