Yel çərşənbəniz mübarək!

Yel çərşənbəniz mübarək!Novruz bayramına bir addım da yaxınlaşırıq. Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır.
Əlbəttə yelin insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına işarədir.

Üçüncü çərşənbə sayılan yel digərlərindən insanlrın fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır.

Ümumiyyətlə isə insanlar yelin yəni küləyin insanlara xoş və şirin təsürratlar gətirəcəyini inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan siti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da əvvəlki çərşənbə olan Od çərşənbəsində qeyd etdiyimiz Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi yenə insanlar bu tonqalların üzərindən tullanırlar.

İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır.
Bu bayram evlərinizə ruzi-bərəkət, xoşbəxtlik gətirsin!

Yel çərşənbəniz mübarək!


f Paylaş10 mart 2015 , Baxılıb: 382


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti