Yeni evlənənlərin bu fotosu sizə də qəribə gəldimi?

Yeni evlənənlərin bu fotosu sizə də qəribə gəldimi?"Təbrik edirik!" — yoldan keçənlər bu qəribə cütlüyü, lakin Livan üçün isə adi hesab edilən cütlüyü təbrik ediblər.

Bu ahıl kişi və 12 yaşlı qız, öz ölkələrində insanların diqqətini qızların çox kiçik yaşda ərə verilməsinə yönəltmək üçün bəy və gəlin obrazını yaradıblar.
Livanda qızlar 9 yaşından başlayaraq ərə verilir. Xüsusi ilə də suriyalı qaçqınlar bu imkandan aktiv şəkildə istifadə edir, bununla da, övladlarına yaxşı həyat verdiklərini düşünürlər.

Yoldan keçən bir nəfər dəniz kənarında fotoqrafın bu qəribə cütlüyün fotolarını çəkdiyini görüb və bəydən soruşub: "Sizin toyunuzdur?" Təsdiq cavabını aldıqdan sonra bəyənircəsinə bəyi təbrik edib.
Yeni evlənənlərin bu fotosu sizə də qəribə gəldimi?Xoşbəxtlikdən, bəziləri bu səhnəni hiddətlə qarşılayıblar. Bir qadın cütlüyün qarşısında dayanıb, qızın valideynləri ilə görüşmək istədiyini bildirib. "Bu qızın 12 yaşı var. Mənim səhər qaçışım var idi. Amma mən onu görən kimi yerimdə donub qaldım".

Başqa yolçu deyib: "Toy qanunidir. Çünki bəy qızın valideynlərindən razılıq alıb".
Yeni evlənənlərin bu fotosu sizə də qəribə gəldimi?"Hansı qanun?" – mən qızı özümlə aparacam. Hamımız onunla gedəcəyik. O mənin qızımla eyni yaşdadır. Onu burda qoyub gedə bilmərəm".

Başqa bir şahid isə qızın valideynlərini "cinayətkarlar" adlandırıb.

Təəssüf ki, səslənən ictimai fikirlər heç bir halda erkən nigahların qarşısını ala bilmir. Livanda hər 100 qızdan biri 15 yaşına qədər ərə verilir.
Ərəb ölkələri üzrə kiçik məlumatlar:

İranda qızlar üçün qanuni nigah yaşı 13, oğlanlar üçün isə 15-dir. İraqda hər ikisi üçün 18 yaşdır. Suriyada 17 və 18 yaşdır. Yəməndə isə minimal yaş həddi yoxdur, buna valideynlər qərar verə bilər. Əfqanıstanda isə 16 və 18, Fələstində 15-16 yaşdır. Əgər valideynlərinin razılıqları varsa, bu ölkələrdə qızlarla daha erkən yaşda ailə qurmaq mümkündür.

Bunun nəticələri: məişət zorakılığı, erkən hamiləlikdə fəsadların yaranması və təhsil almaq şansının itirilməsi.
Yeni evlənənlərin bu fotosu sizə də qəribə gəldimi?


f Paylaş9 dekabr 2015 , Baxılıb: 8387


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti