Yumurta ilə qozlu toyuq salatı

Yumurta ilə qozlu toyuq salatı
Ərzaqlar: Yumurta ilə qozlu toyuq salatı

200 q toyuğun döş əti
3 ədəd yumurta
1 ədəd qırmızı soğan
1/2 st qoz ləpəsi
Mayonez
Duz
İstiot

Hazırlanması

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra doğrayırıq.

Yumurta ilə qozlu toyuq salatı
Qozu ya blenderdən keçiririk ya da bıçaqla doğrayırıq.

Yumurta ilə qozlu toyuq salatı
Yumurtaları sürtgəcin böyük gözündən keçiririk.

Yumurta ilə qozlu toyuq salatı
Soğanı dörd bölüb nazik doğrayırıq. İsti suda 15 dəq saxlayıb sonra sudan çıxardıb soyuq suya salıb soyudub, salfet ilə quruduruq.

Yumurta ilə qozlu toyuq salatı
Bütün ərzaqları bir yerə töküb qarışdırırıq.

Yumurta ilə qozlu toyuq salatı
Duz, istiot və mayonez töküb qarışdırırıq.

Yumurta ilə qozlu toyuq salatı
Salatı zövqə görə bəzəyirik.

Yumurta ilə qozlu toyuq salatı
 Nuş olsun!


f Paylaş11 noyabr 2016 , Baxılıb: 1447


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti