Zərif rulet

Zərif ruletTərkibi:

Yumurta-4 ədəd
Mayonez (125 qr-rulet üçün, 50 qr içlik üçün)-175 qr
Sarımsaq – 2 diş
Holland pendiri
Şüyüd
Duz

Hazılanması:

4 yumurtanı qabda çalıb mayonez əlavə edirik, zövqə görə duz tökürük. Alınmış kütləni perqament kağızın üzərinə tökürük. Sonra tavaya töküb, isti sobada bişiririk. 10 dəqiqə ərzində, 180 dərəcə temperaturda parlaq-qızılı rəng alana kimi bişiririk (üzərində qabırcıqlar yaranarsa, bişmiş hesab olunur).
Bir qədər soyusun, səliqəli şəkildə çeviririk.
Çevirmək asandır: tavanı mətbəxdə istifadə edilən kəsmə lövhəsi (mətbəxdə göyərti və ya soğanı doğradığınız taxta parçası) ilə örtüb və çeviririk. Bişmiş kütlə lövhənin üzərinə düşür.
İçlik: Pendiri sürtkəcin iri gözündən keçiririk. Sarımsaq əlavə edirik. Xırda doğranmış göyərti (şüyüd və ya keşniş də ola bilər) və mayonez əlavə edirik.

Kütlənin üzərinə içlik çəkirik. Səliqə ilə bükürük. Qida üçün olan plastik paketlərlə büküb soyuducuya qoyuruq. Zövqünüzə görə ruletin üzərinə bəzək üçün döğranmış göyərti də əlavə edə bilərsiniz. Ruleti axşama doğru hazırlasanız daha yaxşıdır, sonra dairəvi formada doğrayıb süfrəyə verin.

Nuş olsun!
Zərif ruletZərif ruletZərif ruletZərif ruletZərif ruletZərif ruletZərif rulet


f Paylaş27 fevral 2015 , Baxılıb: 594


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti